• Bakı 24° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Moskvada Putinə dedik ki, Rusiya mövqe tutmalıdır - Hakan Fidan

DÜNYA

24 Iyun 2024 | 22:16

Moskvada Putinə dedik ki, Rusiya mövqe tutmalıdır - Hakan Fidan

Ukrayna münaqişəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha ciddisi, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər", - nazir vurğulayıb.

Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mesajını çatdırıb:

"Biz bildirdik ki, Ukraynada sülh lazımdır və Rusiya müəyyən mövqe tutmalıdır. Əslində, iki gün sonra Putin Rusiyanın Ukraynadakı müharibəni hansı şərtlərlə dayandırmalı olduğunu nöqtəsinə kimi sadaladı. Putinin bunu dilə gətirməsi vacibdir".


SON XƏBƏRLƏR