• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

“Tapılsa o kəfənə büküləcəm, tapılmasa..."  - Zenfira İbrahimova

MƏDƏNİYYƏT

25 Iyun 2024 | 09:43

“Tapılsa o kəfənə büküləcəm, tapılmasa...  - Zenfira İbrahimova

“Mən qazancımı hər zaman anama vermişəm, biz belə görmüşük, evimizdə pul həmişə anamızda olub, idarəçiliyi o edib”.  

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova “Nigar xanım” verilişində deyib.

İfaçı bədxərc olduğunu etiraf edib:

“Pul mənim özümdə qalanda tez xərclənir. Mən çox bədxərcəm. Yoldaşım belə mənim qədər bədxərc deyil. Pulu istirahətimə, zinət əşyalarına, ümumi yaşam tərzimə xərcləyirəm. Məsələn, belə düşünürəm ki, bu gün nə qədər qazanmışamsa, hamısını xərcləməliyəm. Onu sabaha saxlamaq yoxdur. Bizdə bir adət var axı. Deyirlər “kəfənim üçün pul yığıram”. Nə dəxli var? Tapılsa o kəfənə büküləcəm, tapılmasa da yox”.

Ziyafət Əlisoy  


SON XƏBƏRLƏR