Aparıcı Aytən Səfərova keçirtdiyi avtomobil qəzasından sonra efirdən uzaqlaşıb.
Bakıvaxtı.az xəbər verir ki,
Teleaparıcı Aytən Səfərova özünə yeni məşğuliyyət tapıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial çəbəkədə paylaşım edib.
A.Səfərova bundan sonra onlayn dərslər verəcəyini bildirib. Onlayn dərslərdə aparıcı olmaq istəyənlərə səlist danışıq, diksiya və düzgün tələffüz öyrədəcək.
Qeyd edək ki, A.Səfərova bu il aprelin 17-də avtomobil qəzasına düşüb. Hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.
Belə ki, aparıcının idarə etdiyi “Hunday” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.
A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 2005-ci il təvəllüdlü Ayxan Əliyev isə vəfat edib.