• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs SAXLANILDI - YENİLƏNİB

MƏDƏNİYYƏT

20 Avqust 2024 | 18:23

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs SAXLANILDI - YENİLƏNİB

Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, müğənni Sevda Sanaliyeva təqib olunması barədə sosial şəbəkədə müraciət yayıb.

 

***14:05

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Xatırladaq ki, S. Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib. O, yaşadığı binanın qarajında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR