• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Dələduzluq, adam öldürmə, narkotik istifadəçisi... - Türmə həyatı yaşamış şou-biznes nümayəndələri

MƏDƏNİYYƏT

23 Iyul 2024 | 14:41

Dələduzluq, adam öldürmə, narkotik istifadəçisi... - Türmə həyatı yaşamış şou-biznes nümayəndələri

Şou-biznes aləmi hər zaman fərqli hadisələrlə gündəmə gəlib – davalar, qalmaqallar, ölümlər, daha nələr-nələr...

Bakıvaxtı.az-ın məlumatına görə, bir çox məşhurların isə adı sənətlərindən savayı törətdikləri cinayət əməlləri ilə hallanır.

Elə hələlik sonuncu sayılan hadisə buna misaldır. 

Belə ki, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı bir nəfərə balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib. 

Bəs daha hansı məşhurların adları cinayət əməlində hallandırılıb? 

Bakıvaxtı.az  həmin tanınmışları təqdim edir.

Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. İfaçı "Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Meyxanaçı Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevi bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.

Rep ifaçısı Hüseyn Dərya da narkotik istifadəçisi kimi məhkumluq həyatı yaşayıb. O, qanunsuz olaraq qaz silahı, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməsatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satm maddələri ilə ittiham olunub.

Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.

Reper Elşad Xose narkotik istifadə etdiyinə görə, həbs olunub. O, bir müddət məhkum həyatı yaşayıb.

Xalq artisti Flora Kərimova da məsuliyyət cəlb olunanlar arasında var. O, 1970-ci illərdə bir qəza hadisəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub.  Lakin bu hadisədə adam öldürmə ilə bağlı bir sübut yoxdur və hadisə tam olaraq müzakirə edilməyib.

Psixoloq İlham Mirzəyev 2012-ci ildə bir neçə şəxsi aldatmaqda və külli miqdarda pul mənimsəməkdə ittiham olunub. Bu ittihamlarla bağlı məhkəmə qərarı verilmiş və o, həbs olunmuşdur.

Elit Star Cəmilə adı ilə tanınan müğənni Cəmilə Bayramova  2011-ci ildə cinayət işində ittiham olunaraq həbs edilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsi və dələduzluq ittihamları ilə saxlanılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Sentyabr 2024