• Bakı 24° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Rusiyada botulizmə yoluxan gənc öldü

DÜNYA

24 Iyun 2024 | 20:00

Rusiyada botulizmə yoluxan gənc öldü

Nijni Novqorodda botulizmə yoluxan 21 yaşlı Kostroma sakini xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Kostroma vilayəti administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Təəssüf ki, gənci xilas etmək mümkün olmadı”, - mətbuat xidmətindən bildirilib.

Kostroma vilayətində başqa botulizm halları qeydə alınmayıb.

Xatırladaq ki, Nijni Novqorodda qohumlarının yanına gedən gənc oğlan botulizmə yoluxub. O, iyunun 12-dən 15-dək Nijni Novqorod vilayətində olub, qohumlarıgildə lobya salatı yeyib. Daha sonra onun səhhəti pisləşib.

Qeyd edək ki, botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir.


SON XƏBƏRLƏR