• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil müəssisəsindən xaric edilənlərin sayı 

CƏMİYYƏT

24 Iyun 2024 | 16:38

Təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil müəssisəsindən xaric edilənlərin sayı 

Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

    Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.


    SON XƏBƏRLƏR