• Bakı 22° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Sürücülərin nəzərinə! Bu cərimə iki dəfə artırılıb

CƏMİYYƏT

24 Iyul 2024 | 16:00

Sürücülərin nəzərinə! Bu cərimə iki dəfə artırılıb

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb.

Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.


SON XƏBƏRLƏR

15 Iyun 2025