• Bakı 10° C

    13.63 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

CƏMİYYƏT

24 Iyul 2024 | 16:06

4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 mindən çox ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, onlardan 3800-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.

    Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

    Agentliyin mütəxəssisləri tərəfindən 202 nəfər sosial-hüquqi xidmətlərlə də təmin edilib.


    SON XƏBƏRLƏR

    18 Mart 2025