• Bakı 14° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Narkotik satmaq istəyən daha bir şəxs saxlanıldı

HADİSƏ

23 Aprel 2024 | 11:34

Narkotik satmaq istəyən daha bir şəxs saxlanıldı

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb.

Ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR