• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azad edilən ərazilərdə çalışacaq müəllimlərə güzəşt ediləcəkmi? - AÇIQLAMA

CƏMİYYƏT

17 Dekabr 2021 | 11:46

Azad edilən ərazilərdə çalışacaq müəllimlərə güzəşt ediləcəkmi? - AÇIQLAMA

"Azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı hazırda müzakirə yoxdur. Çünki həmin ərazilərdə hələ minatəmizləmə işləri davam edir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb: "Təbii ki, ümumilikdə bir çox məktəblərdən söhbət gedir. Yəqin ki, orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir".

Nazir bildirib ki, hazırda azad edilən ərazilərə qayıdacaq təhsil işçiləri üçün güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatılmayıb: "Nə qədər müəllimin orada çalışması məsələsi də hələ müəyyənləşməyib. Bu, konkret rəqəm tələb edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026