• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İnfarkta səbəb ola biləcək VƏRDİŞLƏR

CƏMİYYƏT

16 Yanvar 2022 | 00:04 | Müəllif: Subhan Mahmudov

İnfarkta səbəb ola biləcək VƏRDİŞLƏR

Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.

Bakıvaxtı.az aztibb.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib.

Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər.

Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşğul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026