• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AB ölkəmizdən bu məhsulun ixracına razılıq verdi

CƏMİYYƏT

14 Fevral 2022 | 21:15 | Müəllif: Subhan Mahmudov

AB ölkəmizdən bu məhsulun ixracına razılıq verdi

Qida Təhlükəsizliyi Agentliyi ilə Avropa Birliyi ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi və ölkəmizin baytarlıq nəzarəti sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) standartlarına uyğunlaşdırılması sahəsində işlər davam etdirilir. Birgə fəaliyyətlər zamanı əldə olunmuş qarşılıqlı etimadın nəticəsi olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində tanınmağa başlanılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu sahədə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılıb, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib. Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır. Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.

Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyinə ((012) 565-12-72, daxili (224), (229)) müraciət edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026