• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Qara Rahilə” həbsxanada ÖLDÜ

CƏMİYYƏT

16 Mart 2022 | 18:24 | Müəllif: Subhan Mahmudov

“Qara Rahilə” həbsxanada ÖLDÜ

Bakıda həbsxanada tanınmış qadın məhkum ölüb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb. Onun ölüm səbəbi hələlik açıqlanmır.

Qeyd edək ki, R. İsmayılova kriminal aləmdə “Qara Rahilə” kimi tanınıb. O, 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib.

Araşdırma zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.

“Qara Rahilə” 5 dəfə məhkumluq həyatı yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026