• Bakı 22° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakı metrosunda problem yarandı: Siqnal işə düşdü...

CƏMİYYƏT

16 Mart 2022 | 19:53 | Müəllif: Subhan Mahmudov

Bakı metrosunda problem yarandı: Siqnal işə düşdü...

Yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb. Bu səbəbdən maşinist qatarı saxlayaraq idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib.

Bakıvaxtı.az xəbər verir ki, bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq.

İlkin ehtimala görə, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026