• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azad edilən ermənilər arasında bu gün məhkəməsi keçirilən diversantlar da var

GÜNDƏM

07 Dekabr 2023 | 22:45

Azad edilən ermənilər arasında bu gün məhkəməsi keçirilən diversantlar da var

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib. 

Bakıvaxtı.az-ın məlumatına görə, onların arasında bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunan, Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən

Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç də var. 

Məhkəmənin hökmü ilə onların biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 


SON XƏBƏRLƏR

08 May 2025