• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülh sənədindən sonra əlavə sazişlər də bağlanacaq

GÜNDƏM

27 Dekabr 2023 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

Sülh sənədindən sonra əlavə sazişlər də bağlanacaq

"Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi uzun çəkə bilər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Rusiya ilə sərhədlərimizin müəyyən olunmsı üçün delimitasiya barədə sənəd imzalanıb, amma demarkasiya prosesi davam edir. Gürcüstanla isə heç bir sənəd imzalanmayıb, müzakirələr hələ də gedir.

Keçmiş XİN başçısı bildirib ki, ancaq bu məsələlər Azərbaycanın qonşu Rusiya və Gürcüstanla əlaqələrinə, əməkdaşlığına heç bir maneə yaratmır: "Hər iki ölkə ilə strateji əlaqələrimiz, qarşılıqlı münasibətlərimiz mövcuddur. İranla uzun müzakirələrdən sonra sovet dövründən qalmış sərhəd məsələlərimizi həll edə bildik. Ona görə də sərhədlərin delimitasiya və demarkasiyasını mütləq mənada Ermənistanla sülh sazişinə, müqavilə sənədinin imzalanmasına bağlamaq doğru deyil”.

Məmmədyarov qeyd edib ki, tərəflər sülh sənədinə imza atsa belə sonrakı dönəmdə müzakirə olunacaq xeyli məsələlər var: “İlk növbədə sərhədlərin dəqiqləşməsi, nəqliyyat və kommunikasiya xəttlərinin fəaliyyəti, əlaqələrin qurulması və s. görün nə qədər məsələ çıxacaq ortaya. Sadəcə sülh sənədinə imza atmaqla bütün problemləri bir anda həll etmək mümkünsüzdür".

Müsahibimiz vurğulayıb ki, sülh sazişi ona əsaslanır ki, tərəflər qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyini qəbul edirlər və bir-birinə qarşı iddialardan əl çəkirlər: "Ermənistan rəhbərliyi Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edir və şifahi bəyan edir. Sülh sənədinə imza atmaqla bunu rəsmən bəyan etmiş olacaq. Ancaq sülh sənədindən sonra tərəflər arasında əlavə sazişlər də bağlanacaq. Problemli məsələlər var".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026