• Bakı 14° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Qərbin Azərbaycana qarşı “səlib yürüşü”: AŞPA-nın məqsədi nədir?

GÜNDƏM

26 Yanvar 2024 | 12:54

Qərbin Azərbaycana qarşı “səlib yürüşü”: AŞPA-nın məqsədi nədir?

"Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq olunmaması ölkədəki demokratik vəziyyət, insan haqları, media azadlığı və s. məqamlarla bağlı deyil. Məncə, bunlar bəhanədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Qərb, Avropa son günlər Azərbaycana qarşı səlib yürüşü başladıblar:

"AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq olunmamasının səbəblərini sadalayanda bir sıra məqamları vurğulayır. Məsələn, siyasi məhbuslar olduğunu deyirlər, media azadlığının olmadığını bildirirlər, prezident seçkisinə dəvət almadıqlarını söyləyirlər və s. Ancaq onlar üçün ən önəmli məsələ Qarabağdan ermənilərin "qovulmasıdır". Əslində bu cür reaksiyanın səbəbi öncə sadalanan məqamlar deyil, Əlbəttə, demirəm, həmin sahələrdə vəziyyət yaxşıdır. Kifayət qədər problemlər var və bu problemləri Azərbaycan iqtidarı həll etməlidir ki, belə qurumların əlinə bəhanə verməsin”.

Müsahibimizin fikrincə, əsas məsələ Azərbaycan-Ermənistan münasibətləridir. Azərbaycanın qalib ölkə olduqdan sonra regionda güc halına çevrilməsi və Türkiyənin yanında durması Qərbi çox narahat edir:

“Avropa bu cür təzyiq metodları ilə Azərbaycanı öz haqlı yolundan döndərməyə çalışır. AŞPA-nın və Aİ-nin məqsədi Ermənistanı Azərbaycanın önündə əzdirməməkdir. Bakını İrəvana güzəştə getməyə məcbur etməkdir. Nə zaman ərazi bütövlüyündən, Zəngəzur dəhlizindən danışmağa başladıq, Azərbaycana qarşı təzyiqlər birə-beş artdı".

T.Abbaslı Aİ rəsmisi Cozef Borrelin Azərbaycana yönəlik absurd iddialarına da münasibət bildirib:

"Borrel açıq deyir ki, guya Azərbaycanın Ermənistana ərazi iddiaları var və onlar bundan narahatdır. Biz də sual edirik ki, Borrel 30 il ərzində niyə narahat olmayıb?! Azərbaycan torpaqları işğalda qalanda, 1 milyon vətəndaşımız qaçqın, köçkün həyatı yaşayanda, şəhərlərimiz yer üzündən silinəndə, təbiətimiz talananda niyə narahatlıq duymurdular? Qərb təşkilatları göstərməyə çalışır ki, çünki onların addımlar dövlətə, xalqa yox, iqtidara yönəlikdir. Əslində burada da bir hiylə var. Amma ağlı başında insanlar yaxşı görür ki, Qərbin qərəzli hərəkətləri hökumətə yox, birbaşa Azərbaycan dövlətinə, maraqlarımıza, təhlükəsizliyimizə qarşı mövqedir”.

Həçsöhbətimiz hesab edir ki, o baxımdan Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dondurması doğru qərardır:

“Bu, Azərbaycanın duruşunun sərgilənməsidir. Heç kim Azərbaycanla şantaj dilində danışa, bizi nəyəsə məcbur edə, təzyiq göstərə bilməz. Bizim öz milli maraqlarımız var. Hansısa problem varsa, onu iqtidar və müxalifət öz aralarında, daxildə həll etməlidir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025