• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ermənistanın sülh imitasiyası: İrəvan yenidən müharibəyə hazırlaşır

Gündəm

13 Fevral 2024 | 14:01

Ermənistanın sülh imitasiyası: İrəvan yenidən müharibəyə hazırlaşır

Ermənistan növbəti dəfə təxribatçı hərəkətləri ilə gündəmi dəyişməyə cəhd göstərib.

Bakıvaxtı.az-ın məlumatına görə, fevralın 12-də bu ölkənin Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Görünən də odur ki, qarşı tərəfi 2023-cü ilin sentyabr ayından bəri yaşanan sabitlik qane etmir.

Maraqlıdır ki, hadisədən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "The Telegraph" qəzetinə müsahibəsində sülh təşəbbüsündən çox Azərbaycana qarşı təxribat və böhtan xarakterli əsassız iddialar səsləndirib. Müsahibədən sonra Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan əsgəri xain hücuma məruz qalır. Nikol Paşinyanın müsahibədə aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Bildirilib ki, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, proseslərin açıq-aşkar təhlili göstərir ki, Ermənistan sülh prosesinə hazır deyil.

Onun sözlərinə görə, İrəvan imitasiya ilə məşğuldur və yenidən müharibəyə hazırlaşır:

"Bölgədə vəziyyətin gərginləşməsinin səbəblərindən biri budur. Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamaq üçün real heç bir addım atmadı və bu gün də atmaq niyyətində deyil. Proseslər də ona aparır ki, bölgədə vəziyyət getdikcə gərginləşir”. Müsahibimiz vurğulayıb ki, Zəngilanda və digər bölgələrdə baş verən təxribata görə birbaşa məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür:

“İrəvan hakimiyyəti və onlara dəstək verən dairələr Ermənistanda revanşizm əhval-ruhiyyəsini qızışdırmağa çalışır. Davamlı olaraq Ermənistanı silahlandırırlar. Tam olaraq Ermənistana siyasi-diplomatik və hərbi dəstək verirlər. Bu da Ermənistanı yeni cinayətlərə və təxribatlara sövq edir. Şübhəsiz, birmənalı olaraq bu məsələyə görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

Ceyhun Məmmədov: Baş verənlərə görə məsuliyyət birmənalı olaraq Ermənistanın üzərinə düşür

“Eyni zamanda Qərb, Fransa və Ermənistanın təxribatçı siyasətini dəstəkləyən ölkələr də məsuliyyət daşıyır. Ancaq əmin olsunlar ki, ermənilərin bütün təxribatlarına ən sərt şəkildə cavab veriləcək", - deyə Ceyhun Məmmədov əlavə edib.

Ayyət Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024