• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Beynəlxalq axtarışda olan azərbaycanlı ölkəyə gətirildi

GÜNDƏM

10 Fevral 2024 | 13:09 | Müəllif: Subhan Mahmudov

Beynəlxalq axtarışda olan azərbaycanlı ölkəyə gətirildi

Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan bildirilib.

Belə ki, Azərbaycan vətəndaşı Alyar Həsənov Əhməd oğlunun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan Azərbaycana gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026