• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

TƏCİLİ: Ruslan Pənahov Azərbaycana təhvil veriləcək - YENİLƏNİB

Gündəm

04 Mart 2024 | 22:30

TƏCİLİ: Ruslan Pənahov Azərbaycana təhvil veriləcək - YENİLƏNİB

Ermənistan Teh (Sünik rayonu) kəndi yaxınlığında saxlanılan hərbçini Azərbaycana təhvil vermək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ermənistanla Azərbaycan arasında azmış və qarşı tərəfə keçmiş hərbi qulluqçuların qısa müddətdə geri qaytarılması ilə bağlı əldə edilmiş razılaşmaya uyğun olaraq, Ruslan Pənahov Azərbaycan tərəfinə təhvil veriləcək", - deyə məlumatda qeyd edilir.

 

21:46

28 fevral 2024-cü ildə azaraq Ermənistanla şərti sərhədi keçən və ermənilər tərəfindən saxlanılan Ordumuzun hərbi qulluqçusu Ruslan Eldəniz oğlu Pənahovla bağlı Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, E.Pənahovun azaraq Ermənistan ordusunun mövqeləri yaxınlığına gəlib çıxması təsdiqlənib.

Göstərilənlərə əsasən, Ruslan Pənahov haqda cinayət təqibinə xitam verilməsi barədə prokurora vəsatət verilib və o təmin edilib.


SON XƏBƏRLƏR

26 Aprel 2024