• Bakı 16° C

    12.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycan ərazisinə keçərkən saxlanılan çexiyalı "alpinist"lə bağlı TƏFƏRRÜAT

Gündəm

09 Fevral 2024 | 23:08

Azərbaycan ərazisinə keçərkən saxlanılan çexiyalı alpinistlə bağlı TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, fevralın 3-də Ermənistanla şərti sərhəddə Azərbaycan ərazisinə keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb. 

Bakıvaxtı.az caliber.az-a istinadən bəzi təfərrüatları təqdim edir: 

Məlum olub ki, Çexiya vətəndaşı şərti sərhəddə minalanmış sahədən sağ-salamat keçə bilib. 

Hətta o zaman şübhələr yaranıb ki, saxlanılan şəxs Qərbin xüsusi xidmət orqanlarından birinin nümayəndəsi ola bilər və casusluq məqsədilə Azərbaycan ərazisinə daxil olmağa çalışır. 

Üstəlik, artıq Ermənistan tərəfində şərti sərhəddə Aİ-nin kəşfiyyat və müşahidə missiyası fəaliyyət göstərir.

Fevralın 5-də Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşının saxlandığını təsdiqləyib və Çexiyanın Bakıdakı səfirliyinin nümayəndələrinin onunla görüşmək istədiyini bildirib.

Çexiya vətəndaşı D.B. Laçın rayonu istiqamətində saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, D.B. - güclü bədən quruluşlu, orta yaşlı kişidir. Rusdillidir və özünü alpinist kimi təqdim edib. O, Laçının Qarakilsə (Sisian) kəndi istiqamətindən hərəkətdə olduğu və ərazidə hərəkətsiz qaldığını bildirib.

Lakin Çexiya vətəndaşının saxlandığı yerdən Qarakilsə kəndinə qədər olan məsafə 13-15 kilometrdir. Bundan əlavə, bu istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin bir neçə postu yerləşir və hər iki istiqamətdə mövqelər arasında minalanmış ərazilər var. 

D.B.-nin dediyinə görə, onun 37 yaşı var, subaydır və alpinizmlə məşğuldur. Onun sözlərinə görə, bu məqsədlə Meksika, Tailand, İndoneziya, Türkiyə, İtaliya, Fransa və Kolumbiyaya səfər edib. Həmin şəxs İrəvana təyyarə ilə gəlib, iki gün sonra isə Qafan rayonuna gedib. Sonra onun sözlərinə görə, Ermənistan paytaxtına qayıtmaq qərarına gəlib. Lakin avtomobildən və ya digər nəqliyyat növündən istifadə etmək əvəzinə, D.B. nədənsə on kilometrlərlə uzaqda olan Qarakilsə piyada getməyə qərar verib. Lakin tezliklə özünü Azərbaycan Silahlı Qüvvələrinin mövqelərində görüb. 

Döyüş növbətçiliyində olan hərbçi onu görüb və baş zabitə məlumat verib. D.B aşkarlandıqdan sonra əllərini qaldıraraq mövqeyimizə yaxınlaşıb. Azərbaycan hərbçiləri onun paltarını və bel çantasının içindəkiləri yoxlayıblar, içərisindən iki pasport, mobil telefon, şarj cihazı, klips, kəndir, gün eynəyi, tibbi eynək və peşəkar fotoaparat tapıblar.

D.B.-nin səsləndirdiyi versiyada əlavə suallar doğuran müəyyən uyğunsuzluqlar var. 

Birincisi, yeni ölkəyə, daha çox sərhədyanı ərazilərdə yerləşən ərazilərə getməzdən əvvəl, heç olmasa, sərhəd təhlükəsizliyinin vəziyyəti ilə əvvəlcədən tanış olmaq məntiqlidir. Üstəlik, Ermənistandakı bir çox Avropa səfirlikləri Ermənistan-Azərbaycan şərti sərhədinə səfərin arzuolunmazlığı ilə bağlı dəfələrlə müvafiq göstərişlər dərc ediblər.

İkincisi, “alpinist” bu qədər erməni postundan xəbərsiz necə keçib? Razılaşın, bir, ən yaxşı halda isə iki postu gizlicə keçə bilər.  Ancaq bir neçə dəfə və hətta xüsusi hazırlıq olmadan? Ermənistan ordusunun parçalanması faktorunu nəzərə alaraq bir anlıq fərz edək ki, postdakı erməni hərbçilər Çexiya vətəndaşını görməyiblər. Bəs o, bu halda minalanmış sahələri zərərsiz necə keə bilib?  Hansı ki həmin sahələrə o ərazilərdə yaşayan çobanlar belə yaxınlaşmağa qorxurlar.

Üçüncüsü, fərz etsək belə, D.B.-nin cib telefonununun və ya peyk telefonununun batareyaları bitib, həqiqətənmi "təcrübəli alpinistin" yanında kompas yox idi? Yoxsa o, dağlıq ərazidə hərəkət edə bilmədi? Uzun illər “dağadırmanma” ilə məşğul olan və guya alpinist kimi birdən çox ölkəyə səfər etmiş biri üçün elə də güclü bəhanə deyil.

D.B.-nin alpinizmlə bağlı açıqlamasına şübhə kölgəsi yaradan daha bir məqam. O, Qafan rayonuna səfər edib. Ötən ilin avqustundan Aİ kəşfiyyat və müşahidə missiyasının ofislərindən birinin fəaliyyət göstərdiyi əraziyə...


SON XƏBƏRLƏR

21 Aprel 2024
20 Aprel 2024