• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ermənistan baş verənlərdən dərs almasa... - AÇIQLAMA

Gündəm

13 Fevral 2024 | 11:52

Ermənistan baş verənlərdən dərs almasa... - AÇIQLAMA

“Təəssüf ki, Ermənistan heç bir öhtəliyini yerinə yetirmir”

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatları şərh edərkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan xalqında Ermənistana inam yoxdur:

“Biz Ermənistanın indiyədək üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini gördük. Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra Paşinyan gündə bir nağıl danışır ki, sülh müqaviləsi imzalanacaq, biz hazırıq və s. İndi də hərbi nəzarət deyir. Sülh müqaviləsi imzalanmadan bu necə ola bilər?!”

Müsahibimiz qeyd edib ki, Paşinyan qeyri-müəyyən vasitələrlə sülh müqaviləsinin imzalanmasını yubadır:

“Dünyanın diqqətini bura çəkib, beynəlxalq aləmdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq üçün bölgədə atəşkəsi pozurlar. Birinci müharibədə o qədər əsgər itirdilər, kreditə aldıqları silahlar Azərbaycanın “Hərbi Qənmətlər Parkı”ndadır, iqtisadiyyatları alt-üst oldu. Budəfəki müharibə Ermənistanın bölgədə mövcudluğunu sual altına salacaq. Ermənistan baş verənlərdən dərs almasa, vəziyyəti daha da ağırlaşacaq”.

Emin Həsənli: Budəfəki müharibə Ermənistanın bölgədə mövcudluğunu sual altına salacaq

Ekspert vurğulayıb ki, bölgədə vəziyyət bu cür davam edə bilməz:

“Ermənistan Azərbaycanı bölgədə yeni əməliyyatlara başlamağa məcbur edir. Bütün sərhəd boyu Türkiyə və Suriya ərazisində bufer zona yaratdıqları kimi Azərbaycanda da yaratmaq istəyirlər. Azərbaycan ilkin mərhələdə bunu etməyə məcburdur, əməl etməsələr, başqa addımlar atılacaq”.

Xatırladaq ki, dünən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə tutulub.

Bakıvaxtı.az-ın Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumatına görə, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Ardından saat 20:50 və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024