Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) komandasının Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə dönüş səfəri tamamlanıb. Ax-3 ekipajını daşıyan SpaceX-in Dragon kapsulu Florida sahillərində okeana enib.
Bakıvaxtı.az xəbər verir ki, səfərin sonunda SpaceX-in kapsulu Florida sahillərində okeana enib. Kapsul gəmiyə götürüldükdən sonra astronavtlar bir-bir çıxarılıb. Gezeravcının dünyaya ayaq basan görüntülərini təqdim edirik...
Axiom Space, aralarında Gezeravcının da olduğu Ax-3 heyətinin Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) dünyaya dönmə prosesini canlı yayımlayıb
17:44
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Yerə enib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.
Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.
...
17:32
İlk türk astronavtı Alper Gezeravcının Yerə dönüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Gezeravcının Yerə enişi canlı olaraq izlənilir.
Qeyd edək ki, Alper Gezeravcını kosmosa aparan gəmi yanvarın 16-da ABŞ-nin Florida ştatından Kennedy kosmos mərkəzindən səmaya buraxılmışdı. Fevralın 2-də BKS-dən ayrılması gözlənilən Ax-3 ekipajının geri qayıtması Florida sahillərindəki əlverişsiz hava şəraiti səbəbindən əvvəlcə fevralın 5-i bazar ertəsinə, sonra isə fevralın 6-sı çərşənbə axşamına təxirə salınıb. Gezeravcı və 3 astronavtı SpaceX-in Dragon kosmik gəmisi ilə orbitə daşıyacaq Falcon-9 raketi yanvarın 19-da saat 00.49-da Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən uğurla buraxılıb. Dragon kosmik gəmisi təxminən 36 saat davam edən kosmos səyahətindən sonra yanvarın 20-də, GMT saat 13.40-da Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb. Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada qaldığı 14 gün ərzində proqramına uyğun olaraq 13 təcrübə həyata keçirib.
Günəş Mərd