• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Prezidentin çıxışı: Azərbaycan üçün milli ideal, TDT üçün yeni hədəf

Gündəm

15 Fevral 2024 | 17:01

Prezidentin çıxışı: Azərbaycan üçün milli ideal, TDT üçün yeni hədəf

“Bu bəyanatlar Azərbaycan üçün milli ideal, Türk Dövlətləri Təşkilatı üçün yeni hədəf yaratmaq baxımından çox önəmlidir”.

Bu sözləri Bakıvaxtı.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq Hasan Oktay Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində Türk dünyası ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi və yeni proses başladı:

“44 günlük müharibə başlayana qədər Azərbaycanın daxili və xarici gündəmində işğal olunmuş torpaqların azad edilməsi məsələsi dayanırdı. 30 il keçdi və torpaqlar işğaldan azad olundu. İndi dövlətçilik və milliləşmə prosesini başa çatdırmaq, milli ideologiya ilə hərəkət etmək vaxtıdır.      

Son günlər Azərbaycana yeni məqsədin, yeni idealın lazım olduğu tez-tez müzakirə olunurdu. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bu müzakirələrə son qoydu”.

Hasan Oktay: İran, Rusiya və Çin baş verəcək sistem dəyişikliyi qarşısında yeni türk dünyası görəcək

Müsahibimizin qənaətincə, Azərbaycan gələcəkdə milli ideal ətrafında hərəkət etməsə, ciddi daxili və xarici problemlərlə üzləşə bilər:

“Azərbaycanda demokratiya, insan haqları, hüquq, azadlıq, ədalət, sərvətin bərabər bölüşdürülməsi, sağlamlıq və təhsil tələbləri bundan sonrakı dövrdə insanların əsas ehtiyacları baxımından ön plana çıxacaq tələblər arasında olacaq. Dövlətin xalqın bu tələblərinə paralel yol xəritəsi olmalıdır. Fevralın 14-də İlham Əliyevin andiçmə mərasimində etdiyi çıxışda bu məsələlər öz əksini tapdı.

Prezident çıxışında türk dünyası ilə bağlı məsələlərə də diqqət çəkdi. Qeyd edim ki, Türk Dövlətləri Təşkilatı Sovet İttifaqının dağılmasından sonra müstəqil türk dövlətlərin yaratdığı bir təşkilatdır. Dünyada bu kimi təşkilatlar çox olsa da, bu təşkilat sırf türk dünyasına əsaslandığı üçün maneələrlə üzləşib. Onun formalaşmasının başa çatması, xüsusən də Qarabağ probleminə görə ləngiyib. 44 günlük müharibə nəticəsində həm mübahisəli 7 rayon, həm də Qarabağ problemi həll olundu. Bu sonrakı dövrdə bütün türk dövlətlərinə Türk Dövlətləri Təşkilatını ön plana çıxarmağa imkan verəcək”.

Hasan Oktay vurğulayıb ki, bundan sonrakı dövrdə Azərbaycanın xarici siyasətdə prioriteti Türk Dövlət Təşkilatının daha sağlam əsasda qurulması olacaq:

“Önümüzdəki illərdə İran, Rusiya və Çin baş verəcək sistem dəyişikliyi qarşısında yeni türk dünyası görəcək. 1991-ci ildə Sovetlər dağılanda Türkiyə tək olduğu üçün bu hadisələrə hazırlaşa bilmədi. Yeni dövrdə isə Türkiyə tək deyil, bütün türk dövlətləri bu inkişafa hazırlaşacaq”.

Rafi Müslümov


SON XƏBƏRLƏR

26 Aprel 2024