• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan Fatih Akdağı Qazaxıstana təhvil verdi

Gündəm

16 Fevral 2024 | 18:10

Azərbaycan Fatih Akdağı Qazaxıstana təhvil verdi

Qazaxıstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş, Türkiyə Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Fatih Akdağın verilməsinə dair Qazaxıstan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Fatih Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.


SON XƏBƏRLƏR

26 Aprel 2024