• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistan da, İran da odla oynayır: Səbrimiz tükənir

GÜNDƏM

19 Yanvar 2024 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan da, İran da odla oynayır: Səbrimiz tükənir

“Türkiyə ilə Azərbaycanın iki etibarsız, səmimi olmayan, sülh istəməyən, dünya həqiqətləri ilə barışmaq istəməyən qonşuları var. Bunlardan birincisi Ermənistan, ikincisi isə İrandır”.

Bunu Bakıvaxtı.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz İran ərazisindən Ermənistana hərbi texnikanın daşınmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tarix boyu millət, dövlət olmayıb, daim başqasının oyuncağı olub: “Ermənistan Vətən müharibəsindəki məğlubiyyətindən sonra gündüzlər sülhdən danışır, axşamlar isə köhnə siyasətini yürüdür. Bu, əslində erməni xalqının da istədiyi davranış deyil. Bu ondan irəli gəlir ki, Ermənistan tarix boyi müstəqil siyasəy apara biməyib”.

Müsahibimiz qeyd edib ki, Ermənistan Azərbaycanın ötən ilin sentyabrında 24 saatlıq antiterror əməliyyatından sonra yenə də “Biz sülh istəyirik, Qarabağ Azərbaycandır” deyərək. özünü dünyaya sül tərəfdaı kimi göstərmək istəyir. Reallıqda isə Hindistandan, İrandan, Fransadan və dünyanın digər ölkələrindən silah-sursat alır: “Müflisləşən, pulu olmayan ölkə revanşizm hissi ilə niyə belə edir? Bəs o bunu haradan alır?”

Y.Karauz bildirib ki, İran da Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə barışa bilmir: “Ona görə də o, həm Türkiyəyə, həm də Azərbaycana “sülh istəyirəm, əmin-amanlıq istəyirəm” deyərkən, həm də Ermənistan silahlı qüvvələrinə təlim keçir, siyasi dəstək verir, konsulluqlar açır. Rəsmi Tehran Təbrizdə Ermənistan konsulluğu açmağa çalışır, baxmayaraq ki, bununla heç bir əlaqəsi yoxdur. Və bunu “dostluq”, “qardaşlıq” adlandırır. Əslində bunlar timsah göz yaşlarıdır. Qeyri-səmimi siyasətin nəticəsidir”.

 

General vurğulayıb ki, indi Ermənistan da, İran da odla oynamaqdır: “Ancaq hər iki də bilməlidir ki, Türkiyə və Azərbaycan qonşu olmaqla yanaşı qardaş ölkələrdir və bölgədə sülhü və əmin-amanlığı pozmaq istəyənlərə qarşı səbirləri tükənə bilər”.

Qeyd edək ki, İran ərazisindən Ermənistana hərbi texnikanın daşınması 17 yanvar 2024-cü il tarixdə müşahidə olunub. Belə ki, İran İslam Respublikasının Culfa yaşayış məntəqəsindən Nurduz keçid məntəqəsi istiqamətində 2 ədəd "HINO" markalı avtomaşının üzərində brezentlə örtülmüş texnikaların daşınması qeydə alınıb.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR