• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azad edilmiş ərazilərdə milli park yaradılacaq

CƏMİYYƏT

10 Dekabr 2024 | 14:04

Azad edilmiş ərazilərdə milli park yaradılacaq

İşğaldan azad edilmiş rayonların ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

    O bildirib ki, işğaldan azad edilmiş Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92656,2 ha olan yeni milli parkın yaradılması nəzərdən keçirilir:


    "Bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb. Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".


    SON XƏBƏRLƏR

    18 Aprel 2025