• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AZAL Təl-Əvivə və əks istiqamətdə bütün reysləri ləğv etdi

CƏMİYYƏT

07 Oktyabr 2023 | 18:26

AZAL Təl-Əvivə və əks istiqamətdə bütün reysləri ləğv etdi

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Gurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin [email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Tel-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026