• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bayramov Rumıniyanın Baş naziri ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

06 Noyabr 2023 | 16:50

Bayramov Rumıniyanın Baş naziri ilə görüşdü - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.

XİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.

İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

15:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın Baş naziri Marcel Ciolacu ilə görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə edib, strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


Bayramov Rumıniyanın Baş naziri ilə görüşdü - FOTOLARBayramov Rumıniyanın Baş naziri ilə görüşdü - FOTOLARBayramov Rumıniyanın Baş naziri ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026