• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sarımsaq qabığını atmayın: Faydaları var

CƏMİYYƏT

06 Dekabr 2023 | 16:29 | Müəllif: Qalib İbrahimoğlu

Sarımsaq qabığını atmayın: Faydaları var

Zibil qabına atdığımız sarımsaq qabıqlarının əslində faydalarının olduğunu, bəlkə də çoxumuz bilmirik.

Bakıvaxtı.az xəbər verir ki, sarımsaq qabıqlarının faydalarından yararlanmaq üçün ondan çay hazırlamaq olar. Adi bitki çaylarından fərqli olan bu üsulu sınadığınız zaman nəticələr sizi təəccübləndirəcək. Sarımsaq qabıqlarının da sarımsaq kimi antibiotik təsiri var. Sarımsaq qabığından təbii çay hazırlamaq olduqca sadədir.

Sarımsaq qabığından çay hazırlamaq üçün əvvəlcə qabıqları yuyun və sonra kiçik çaydana qoyun. Çaydana 2 stəkan su əlavə edib 10 dəqiqə qaynadın. Çaydanı qapağı bağlı olaraq ocaqdan götürün və 1 saat dəmlənməyə qoyun. Gözləmə müddəti bitdikdən sonra qabıqları süzüb qarışığı gündə 2 stəkan - biri səhər, biri axşam - içə bilərsiniz.

Sarımsaq qabığı çayı immuniteti gücləndirən bir quruluşa malikdir. Sarımsaq kimi antibiotik xüsusiyyətləri olan sarımsaq qabığı çay şəklində istehlak edildikdə infeksiyaları yox edir. İltihab əleyhinə təsiri ilə qısa müddətdə xəstəliklərdən xilas olmağa imkan verən sarımsaq qabığı çayı həm dövri, həm də sistemli xəstəliklərə tutulma riskini də xeyli azaldır.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR