• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Elmi-praktiki konfransın vaxtı dəyişdirilib

CƏMİYYƏT

06 Dekabr 2023 | 16:34 | Müəllif: Qalib İbrahimoğlu

Elmi-praktiki konfransın vaxtı dəyişdirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, DOST Agentliyinin 5 illiyinə həsr olunmuş "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktiki konfransın vaxtı dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfrans dekabrın 20-də Bakı Dövlət Universitetində baş tutacaq. Konfrans materialları jurnal formasında Bakı Dövlət Universiteti və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək (2023), eləcə də çap formatında nəşr olunacaq (2024).

Konfransda iştirak etmək istəyən şəxslər məqalələrini 15 dekabr 2023-cü il tarixinə qədər [email protected]  elektron poçt ünvanına göndərə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanına birbaşa təqdim edə bilərlər.

Konfransda iştirak, məqalə və tezislərin təqdim edilmə qaydaları və digər əlavə məlumatları bu keçid vasitəsi ilə əldə etmək mümkündür.

https://dost.gov.az/news/820


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026