• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

CƏMİYYƏT

06 Dekabr 2023 | 16:39

Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Qax Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin, eləcə də sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Alatəmir kəndində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.


Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilibBələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR