• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

EEVZA: Azərbaycan millisi ikinci oyunda da məğlub olub

CƏMİYYƏT

06 Dekabr 2023 | 16:17

EEVZA: Azərbaycan millisi ikinci oyunda da məğlub olub

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ikinci matçında ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (7:25, 17:25, 18:25). Komanda ilk görüşdə Polşaya da eyni hesabla uduzmuşdu.

Azərbaycan millisi dekabrın 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR