• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu universitetin rektoruna müşavir TƏYİN OLUNDU

CƏMİYYƏT

06 Dekabr 2023 | 15:40

Bu universitetin rektoruna müşavir TƏYİN OLUNDU

Sumqayıt Dövlət Universitetinin rektor müşaviri vəzifəsinə təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, bu vəzifəyə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 2006-cı il məzunu, dosent İsmayıl Teyyub oğlu İsmayılov təyin edilib.

Qeyd edək ki, o, əmək fəaliyyətinə Moskvada kimyaçı-mütəxəssis olaraq başlayıb, daha sonra Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi, Baş texnoloq, Baş elmi işçi vəzifələrində çalışıb.

Ümumilikdə 110-dan çox elmi əsərin, o cümlədən 3 patentin və 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinin 40-dan çoxu dünyanın nüfuzlu elmi jurnallarında çap olunub./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR