Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.
XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.
“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.
Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.


jpg-1678439571.jpg)


gif-1680079651gif-1681029020.gif)










