Azərbaycan Antalya Diplomatiya Forumunda həmişə yüksək fəallıq göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Report"a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün Antalya şəhəri dünyanın təkcə turizm yox, həm də diplomatiya mərkəzlərindən biridir: “Azərbaycandan geniştərkibli nümayəndə heyəti Forumda təmsil olunur. Cənubi Qafqazla bağlı panel artıq keçirilib. Azərbaycan nümayəndə heyəti digər panellərdə də iştirak edəcək”.
Prezidentin köməkçisi Antalya Diplomatiya Forumuna ev sahibliyi etməsi münasibətilə qardaş Türkiyəni təbrik edib. Vurğulayıb ki, bu Forum həm də ikitərəfli görüşlərin keçirilməsi baxımından xarakterikdir.