• Bakı 15° C

    2.38 m/s

Xocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLAR

CƏMİYYƏT

31 Mart 2024 | 11:39 | Müəllif: Subhan Mahmudov

Xocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLAR

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

09:24

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.


Xocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLARXocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLARXocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLARXocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLARXocalıda qalıqları aşkarlanan 7 nəfər dəfn edildi - YENİLƏNİB -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026