• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rasim Tağıyev oğlunun yandırdığı deyilən qadının ÖLÜMÜNDƏN DANIŞDI: “Borcumuzu...”

CƏMİYYƏT

30 Aprel 2024 | 11:10

Rasim Tağıyev oğlunun yandırdığı deyilən qadının ÖLÜMÜNDƏN DANIŞDI: “Borcumuzu...”

“Dəfndə iştirak etdik, borcumuzu yerinə yetirdik”.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin keçmiş müdiri Rasim Tağıyev Tovuzda üstünə benzin tökülərək yandırılan qadının ölümü ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib.

O qeyd edib ki, qadının müalicəsi üçün əllərindən gələni ediblər:

“Biz insan kimi onun müalicəsini də etdirdik. Onun da balaları var. Allah heç bir ataya belə şey göstərməsin”.

Xatırladaq ki, aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüldü Röyal Tağıyev Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı iddia olunub. Ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026