• Bakı 19° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Doktorantura və dissertantura üzrə ayrılan yerlərin sayı açıqlandı

CƏMİYYƏT

30 Aprel 2024 | 10:59

Doktorantura və dissertantura üzrə ayrılan yerlərin sayı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarına doktorantura və dissertantura üzrə ayrılan yerlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri Sərxan Xavəri AMEA-da 2024-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu ilə bağlı vəziyyətin monitorinqinə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul planına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarına doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 68 yer (45 yer əyani, 23 yer qiyabi), doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 17 yer (3 yer əyani, 14 yer qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 50 yer, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə isə 41 yer müəyyən edilib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 16-dan başlayıb və mayın 15-dək davam edəcək.


SON XƏBƏRLƏR

20 May 2024