• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan “Avroviziya 2023”-də neçənci yarımfinalda çıxış edəcək?

MƏDƏNİYYƏT-ŞOU

01 Fevral 2023 | 17:39

Azərbaycan “Avroviziya 2023”-də neçənci yarımfinalda çıxış edəcək?

Azərbaycan bu il Britaniyada keçiriləcək “Avroviziya 2023” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.

Bakıvaxtı.az  müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu mərhələ mayın 9-da keçiriləcək.

Yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan ikinci hissədə çıxış edəcək.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı isə mayın 11-də baş tutacaq. Bu mərhələdə çıxış edən ölkələr isə Ermənistan, Belçika, Kipr, Danimarka, Estoniya, Yunanıstan, İslandiya, Rumıniya, Albaniya, Avstraliya, Avstriya, Gürcüstan, Litva, Polşa, San Marino, Sloveniya olacaq.

Yarışmanın finalı isə mayın 13-də keçiriləcək.

Qeyd edək ki, müsabiqədə qələbəni ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniya ev sahibliyini öz üzərinə götürüb.


SON XƏBƏRLƏR