"Bir xanım gözəl görsənəndə ona paxıllıqla yox, sevinclə baxıram. Ona görə də özümün də kosmetik brendim var. Toya, tədbirlərə qatılmıram. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistiyəm. Orada tədbirlər olanda səhnəyə çıxıram, rahat oluram".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Xəzər axşamı" proqramında deyib. Sənətçi toy məclislərinə getməməsindən, qazancının biznesdən olmasından söz açıb.
Lətifə aparıcı Mətanət Əliverdiyevanın onun dırnaqlarına söz atmasına belə reaksiya verib:
"Bu dırnaqlarla iş görə bilirəm. Dəmir qazanın qapağını rahat götürürsən, əlin də yanmır. Dırnağın korlanma ehtimalı çoxdur, böyük xərcdir. Çox iş görmürəm, zamanım yoxdur. Daha çox övladımla vaxt keçirirəm. Oğlumun 8 yaşı var. Çalışıram zamanımı ona həsr edim".
Lətifə yaradıcılığında yenilik etməməsinin səbəbini açıqlayıb:
"Hələ də mahnı tapa bilmirəm. Yaxşı, maraqlı, ürəyimə yatan, tərzimə uyğun əsər istəyirəm. İfa etdiyim mahnıları bilirəm ki, hansı gözəl mahnıdır, hansı əsərdir. "Məhkəmə", "Pusula" əsərdir. Onlar həmişə yaşayacaqlar. Kaş yaradıcı insanlar çox olsun. Bir verilişə gedirəmsə, əvvəldən bilməliyəm: geyimim, ayaqqabım, makiyajım hazırlanır. Vaxtını buna həsr edirsən, gözəl əsərlər yazdırdım. Dedim, bunlar bizdə möhtəşəm qarşılanacaq. Əsər qaldı kənarda, başqa şeylər müzakirə edildi. Bir çox ölkədə bu mahnını oxudum, sözləri başa düşməsələr də, ayaqüstə alqışladılar. Toya qonaq kimi gedəndə, oxuyanlara baxıram. Müğənni 6 saat səhnədə çıxış edir, qonaqlar ağız əyirlər. Öz yerində olmayan insanlar, gəlib mədəniyyət sahəsində çalışanda, özlərini göstərəndə, qarışıqlıq olur. İnanıram ki, bundan sonra hər şey daha gözəl olacaq".
















