• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında lider olub

CƏMİYYƏT

10 Iyul 2025 | 13:38

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında lider olub

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nın nəticələri açıqlanıb.

Bakıvaxtı.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, tədqiqat çərçivəsində Asiya-Sakit Okean regionunda 2023–2025-ci illər arasında aparılmış xarici ticarət islahatlarının nəticələrinə əsasən, Azərbaycan 2025-ci ildə ticarətin asanlaşdırılmasını özündə əhatə edən beş istiqamətin orta göstəricisi üzrə 92,5% səviyyəsində yüksək nəticə nümayiş etdirərək Avrasiya regionunda ilk onluqda qərarlaşıb.

Mərkəzin şöbə müdiri Nicat Hacızadə bildirib ki, Azərbaycan ticarətin asanlaşdırılmasına daxil olan şəffaflıq, formal prosedurlar, institusional əməkdaşlıq və koordinasiya indikatorları üzrə 100 %, kağızsız ticarət üzrə 92,6 %, sərhədlərarası kağızsız ticarət üzrə 72,2 % effektivlik nümayiş etdirərək olduqca yüksək nəticə əldə edib.

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycan şəffaflıq göstəricisi üzrə 2015-ci illə müqayisədə 53,3 faiz bənd, formal prosedurlar üzrə 50 faiz bənd, 2023-cü illə müqayisədə 8,3 faiz bənd, institusional əməkdaşlıq və koordinasiya göstəricisi üzrə 2015-ci illə müqayisədə 33,3 faiz bənd, 2023-cü ilə nəzərən 11,1 faiz bənd, kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bənd, 2023-cü illə müqayisədə 3,7 faiz bənd, sərhədlərarası kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 50 faiz bənd, 2023-cü ilə nəzərən isə 5,6 faiz bənd irəliləyib.

Bütövlükdə tədqiqat, Azərbaycanın sözügedən göstəricilər üzrə 2015-ci ildən 2025-ci ilə qədər yalnız davamlı olaraq icra faizlərini artırdığını nümayiş etdirir.
Azərbaycan sözügedən tədqiqatda yüksək nəticə əldə etməklə Asiya-Sakit okean zonasında yerləşən əksər ölkələri qabaqlayaraq icra performansına görə yeddinci mövqedə, habelə, tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimal və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında birinci mövqedə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderdir. Belə ki, sözügedən tədqiqat çərçivəsində ölkəmiz “İslam Əməkdaşlıq Təşkilatı”, “Türk Dövlətləri Təşkilatı”, “Müstəqil Dövlətlər Birliyi”, “İqtisadi Əməkdaşlıq Təşkilatı”, “D-8 İqtisadi Əməkdaşlıq” təşkilatına üzv ölkələr arasında lider mövqeyindədir. Bundan əlavə, Azərbaycan “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” üzərində yerləşən dövlətlər arasında Çindən sonra ikinci mövqedə qərarlaşıb.


SON XƏBƏRLƏR

10 Iyul 2025