• Bakı 21° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycan Çexiyaya başsağlığı verib

SİYASƏT

21 Dekabr 2023 | 23:56 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Çexiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN-dən bildirilib.

Qeyd edək ki, Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026