• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Paşinyana dəstək vermək lazımdır - POLİTOLOQ

SİYASƏT

20 Yanvar 2024 | 11:44

Paşinyana dəstək vermək lazımdır - POLİTOLOQ

“Gözlənildiyi kimi, Ermənistanın radikal müxalifəti baş nazir Nikol Paşinyanın üstününə düşüb ki, bəs o yeni  Konstitusiyanın qəbulu vacibliyini söyləməklə əsas qanunda Azərbaycana və Türkiyəyə ərazi iddiaları olan bəndləri çıxarmaq istəyir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə Konstitusiyasında məlum bəndləri çıxartmalıdır: “Əks halda iki qonşusuyla dayanıqlı barışa ümid edə bilməz. Radikalların xəstə məntiqinə görə, Ermənistan ərazi iddialarından əl çəkməməli və əbədiyyətə qədər iki qonşusu ilə düşmən olmalıdır. Bununla radikallar ermənilərə Cənubi Qafqazda əbədi nifaq və məhrumiyyətlər vəd edirlər”. 

“Fikrimcə, Nikol Paşinyana Konstitusiya dəyiklikləri yolunda kənardan dolayı dəstək vermək lazımdır. Misal üçün Azərbaycan Xarici İşlər Nazirliyi qısa mətndən ibarət bəyanat yaya bilər və orada göstərər ki, Ermənistan Konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlərin varlığı bölgədə sülh və əməkdaşlığa əngəldir və münasibətlərin normallaşması üçün həmin bəndlərin əsas qanundan çıxarılması bugünkü reallığın diqtə etdiyi şərtlərdən biridir”, - deyə E.Şahinoğlu qeyd edib. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR