• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zurabişvili Rusiyadan danışdı

SİYASƏT

19 Fevral 2024 | 10:51

Zurabişvili Rusiyadan danışdı

Biz Rusiyanın digər ölkələri işğal etməsinə reaksiya olmamasının nə ilə nəticələndiyini görmüşük, Rusiya dayandırılmasa digər ölkələri işğal etməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniyanın "Deutsche Welle" telekanalına açıqlamasında deyib. O, Ukraynanın Aİ və NATO da daxil olmaqla hələ də əsas tərəfdaşlarından genişmiqyaslı dəstək almadığını vurğulayıb.

    Zurabişvili Aİ-nin Ukraynaya 50 milyard avro ayırmasının doğru qərar olduğunu deyib: "Düşünürəm ki, bu, bütün Avropanın öz qətiyyətini göstərməsi baxımından vacib idi. Onlar (ukraynalılar) eynisini ABŞ konqresindən də gözləyirlər və mən əminəm ki, nəhayət bu da baş verəcək".

    Dövlət başçısı Qara dəniz təhlükəsizliyinin Avropanın təhlükəsizliyi anlamına gəldiyini vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026