• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mehriban Əliyevadan Novruz bayramı münasibətilə PAYLAŞIM

SİYASƏT

20 Mart 2024 | 09:20 | Müəllif: Qalib İbrahimoğlu

Mehriban Əliyevadan Novruz bayramı münasibətilə PAYLAŞIM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "X" səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər! Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN"

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR