• Bakı 15° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Aİ-dən İrana yeni sanksiyalar: Hədəf raket və İHA istehsalıdır

SİYASƏT

18 Aprel 2024 | 16:23

Aİ-dən İrana yeni sanksiyalar: Hədəf raket və İHA istehsalıdır

Avropa İttifaqı İrana qarşı tətbiq edilən sanksiyaları genişləndirmək qərarına gəlib.

Bakivaxti.az "BBC News"-a istinadən bildirir ki, Aİ liderləri İranın İsrailə qarşı hava hücumlarından sonra İranın pilotsuz uçuş aparatları (PUA) və raketlər istehsalına yönəldiləcək sanksiyalar üzərində çalışırlar.

Həmçinin nəzərdə tutulan yeni sanksiyalar siyahısına Yəməndə husilərə silah verən iranlı şəxslər və təşkilatlar, həmçinin Həmas və Hizbullah daxil ediləcək. Aİ xarici işlər nazirlərinin bazar ertəsi keçiriləcək iclasda sanksiya tətbiq ediləcək şəxslər və təşkilatların sayını daha da genişləndirəcəkləri gözlənilir.

İran İnqilabı Keşikçiləri Korpusunun “Aİ-nin terror təşkilatları siyahısı”na salınması təklifi isə hələlik müsbət qarşılanmır.

Qeyd edək ki, bir neçə gün öncə Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin sədrliyi ilə keçirilən sammitdə Aİ liderləri İranın İsrailə hava hücumu ilə bağlı hadisələri də müzakirə ediblər. Aİ dövlət və hökumət başçıları İranın İsrailə hücumunu qəti şəkildə pisləyərək rəsmi Tehranın bütün hücumları tamamilə dayandırmasını istəyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR