• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

SİYASƏT

18 Aprel 2024 | 23:22

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

2024-cü il aprelin 18-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İsveç Krallığının Baş naziri Ulf Kristerssona ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu Baş Nazirin Ofisinə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, direktor müavini Elinor Blomberqlə keçirilmiş görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə məlumat verilib, eləcə də İsveç-Azərbaycan əlaqələri nəzərdən keçirilib.

Həmsöhbət dəvət məktubuna görə təşəkkürünü ifadə edərək onun yüksək ünvanına çatdırılacağını bildirib.


SON XƏBƏRLƏR

01 May 2024