Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşü olacaq.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra açıqlamasında deyib.
O bildirib ki, görüş yaxın vaxtlarda baş tutacaq.
















